Prezident onu “Dostluq” ordeni ilə təltif etdi

15:23 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Məhəmməd Süleyman Əl-Casir “Dostluq” ordeni ilə təltif edilsin".